Uşaqların xeyrinə yığım sığortası

Hər bir insan yaşadığı müddət ərzində, özünün və doğmalarının xoşbəxt, firavan günlərinin şahidi olmaq istəyir və bunları yaratmaq üçün əlindən gələni əsirgəməməyə səy göstərir. Etibarlı və qayğıkeş bir əhatə, yüksək təminatlı gələcək hər birimizin arzusudur.Bu istəyi reallaşdırmaq , özünün, ailə üzvlərinin və hətta övladının gələcək həyat yolunda ona kömək edə bilmək üçün zəmanətli yığım etmək artıq mümkündür.

Uşaqların xeyrinə yığım sığortası bu istəklərdən ilham alaraq valideynlərin öhdəsinə buraxılmışdır.Bu yığım sığorta məhsulu öz həyatını sığortalayaraq, övladının gələcəyi üçün əmanət yığmağa birbaşa vasitədir.Hər bir valideyn öz övladına dəstək olmaq istəyir, lakin nəzərdən qaçırmamaq gərəklidir ki, bəzən heç də hər istəyimiz reallaşmaya bilir.Uşaqların xeyrinə yığım sığortası, eyni zamanda həm valideynin həyatında yarana biləcək gözlənilməz hadisələrdən onun həyat sığortasını həm də onun övladı üçün əmanətli yığım etməyi özündə cəmləyib.Bunun nəticəsində valideyn övladı üçün etdiyi əmanət yığımını müqavilə müddəti sona çatdıqdan sonra həyatın hər bir halında (sağqalma, əlillik, ölüm) geri alacağına da zəmanət qazanır. Həmçinin “Qala Həyat” sığota şirkəti tərəfindən yığım ediləcək məbləğə bonus proqramı tətbiq olunur.

Uşaqların xeyrinə yığım sığortası günün 24 saatı və dünyanın istənilən yeri üçün keçərlidir.

Siz aşağıda təqdim olunmuş kalkulyator vasitəsi ilə Uşaqların xeyrinə yığım sığortası məhsulu üzrə hesablama apara bilərsiniz.

Əlavə məlumat almaq üçün xahiş edirik bizim qısa nömrəmiz 1540 ilə əlaqə saxlayasınız

Kalkulyator

Sığorta haqqı: 0.00 (azn,usd)

Bizi seçmək üçün 6 səbəb

biz fəaliyyət göstərdiyimiz sahədə ixtisaslaşdırılmış şirkətə malikik

biz hər müştəriyə individual yanaşırıq

biz kompromissə gedirik

biz müştərilər üçün rahat ödəmə şərtləri yaradırıq

bizim təsisçilərimiz ölkədə təkrarsığorta sahəsində ən iri qurum “AzRe Təkrarsığorta” şirkətidir

biz pozitivi öyrənmək, pozitivə öyrəşmək üçün varıq!