Həyatın Sağalmaz xəstəliklərdən sığortası

Sağalmaz xəstəliklərdən sığorta məhsulu haqqında ideya, dünya əhalisinin 70% -dən çox hissəsinin əziyyət çəkdiyi həyati təhlükə törədən xəstəliklərin uğurla müalicəsinə dəstək olmaq məqsədi ilə düşünülmüşdür.

Həyatın Sağalmaz xəstəliklərdən sığorta məhsulu üzrə təminat verilən xəstəliklər qrupuna aşağıdakılar daxildir:

Xərçəng

Miokard infarktı

İnsult

Terminal böyrək çatışmazlığı

Tac arteriyaların cərrahi yolla müalicəsi

Həyati əhəmiyyətə malik orqanların köçürülməsi

Müasir tibb ilkin mərhələdə müəyyən olunmuş bu xəstəliklərin müayinə və müalicəsində yetərli uğur əldə etmişdir.

Lakin, sadalanan xəstəliklər nəticəsində müalicə xərclərinin ödənilməsi həmçinin xəstə olanın uzun müddət qazancını itirməsi labüddür.Bu sığorta növü sayəsində ciddi maliyyə problemlərinin qarşısını almaq və xəstəlikdən qurtulmaq üçün sərfəli imkan əldə etmək mümkündür.

Sağalmaz xəstəliklərdən sığorta məhsulu- nə tibbi sığortanı əvəz edir, nə də ki, təkrarlayır.Eyni zamanda nəzərinizə çatdırmaq istərdik ki, sığorta hadisəsi baş verdiyi halda, sığortalıya ödənilmiş sığorta məbləğinin məhz hansı xərclər üzrə sərf edilməsi ilə bağlı heç bir hesabat tələb olunmur və sığorta müqaviləsi bağlamaq üçün sağlamlığı təsdiq edən əlavə sənədə ehtiyac yoxdur.

Qeyd etmək lazımdır, bu məhsul günün 24 saatı və dünyanın istənilən yeri üçün keçərlidir.

Siz aşağıda təqdim olunmuş kalkulyator vasitəsi ilə Həyatın Sağalmaz xəstəliklərdən sığorta məhsulu üzrə hesablama apara bilərsiniz.

Əlavə məlumat almaq üçün xahiş edirik bizim qısa nömrəmiz 1540 ilə əlaqə saxlayasınız

Kalkulyator

İllik ödəniş: 0.00 azn
Cəmi: 0.00 azn

Bizi seçmək üçün 6 səbəb

biz fəaliyyət göstərdiyimiz sahədə ixtisaslaşdırılmış şirkətə malikik

biz hər müştəriyə individual yanaşırıq

biz kompromissə gedirik

biz müştərilər üçün rahat ödəmə şərtləri yaradırıq

bizim təsisçilərimiz ölkədə təkrarsığorta sahəsində ən iri qurum “AzRe Təkrarsığorta” şirkətidir

biz pozitivi öyrənmək, pozitivə öyrəşmək üçün varıq!