İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta məhsulu

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun qüvvəyə minmə tarixi ilə “Qala Həyat” Sığorta Şirkətinin yaranması eyni vaxta təsadüf etdi.

Bu qanun Sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirmələri və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsi üçün nəzərdə tutulmuşdur.

İcbari sığorta növü üzrə fəaliyyət “İcbari sığorta növləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və yalnız müvafiq lisenziya almış sığorta şirkətləri bu fəaliyyət növü ilə məşğul ola bilərlər.

Bu sığorta məhsulunun adından da məlum olduğu kimi Mülkiyyət və təşkilati-hüquqi formasında asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, dövlət orqanları və digər qurumlar İcbari sığorta növü üzrə sığortalanmalıdır.

Sığorta müqaviləsi bağlanmadığı təqdirdə sığorta hadisəsi baş verərsə işəgötürən öz işçisi qarşısında bu qanunla müəyyən edilmiş sığorta təminatı həcmində məsuliyyət daşıyacaqdır.Həmçinin , qanunla nəzərdə tutulmuş məbləğdə cərimələnəcəkdir.

Əlavə məlumat almaq üçün xahiş edirik bizim qısa nömrəmiz 1540 ilə əlaqə saxlayasınız

Bizi seçmək üçün 6 səbəb

biz fəaliyyət göstərdiyimiz sahədə ixtisaslaşdırılmış şirkətə malikik

biz hər müştəriyə individual yanaşırıq

biz kompromissə gedirik

biz müştərilər üçün rahat ödəmə şərtləri yaradırıq

bizim təsisçilərimiz ölkədə təkrarsığorta sahəsində ən iri qurum “AzRe Təkrarsığorta” şirkətidir

biz pozitivi öyrənmək, pozitivə öyrəşmək üçün varıq!