Mətbuat

«Qala Həyat» Sığorta Şirkəti 5 yaşını qeyd edib

Həyat sığortası şirkəti öz yubileyində yeni saytını təqdim edib

Noyabrın 30-da Azərbaycan əhalisinə həyat sığortası üzrə xidmət göstərən aparıcı şirkətlərdən olan «Qala Həyat» Sığorta Şirkətinin 5 yaşı tamam oldu. ”Qala Həyat” Sığorta Şirkəti sığorta fəaliyyətinə 30 Noyabr 2010-cu il tarixində başlamış və artıq mövcud sahədə kifayət qədər uğur qazanmağa nail olmuşdur. Şirkət bu müddət ərzində həyat sığortası bazarının tələblərinə cavab verən sığorta məhsulları ilə xalqımızın rifah səviyyəsini artırmaq üçün peşakar səviyyədə xidmət göstərib. Şirkətin səhmdarı Azərbaycanda ilk və yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” şirkətidir. “Qala Həyat” Sığorta Şirkətinin nizamnamə kapitalı 7,5 mln manat təşkil edir, müqayisə üçün bildirək ki, 2010-cu ildə bu rəqəm 3 mln manata bərabər idi.

Şirkətin yaradılması “Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun imzalanması ərəfəsinə təsadüf edib.

“Qala Həyat” Sığorta Şirkəti Azərbaycan Sığortaçılar Assosasiyasının və AMCHAM kimi təşkilatlarının və həmçinin İcbari Sığorta Bürosunun üzvüdür. Təsis edildiyi gündən öz fəaliyyətini yüksək xidmət keyfiyyətini təmin edən beynəlxalq idarəetmə sistemi və standartları əsasında quran “Qala Həyat” Sığorta Şirkəti sığorta sahəsində təcrübəyə malik peşəkarlardan ibarət komandaya sahibdir. Bu komanda bu gün üçün qarşıya qoyulmuş hədəflərə uğurla çatmaqdadır: aparılan maarifləndirmə işləri sayəsində artıq insanlar həyat və sağlamlıq sığortasının məğzini anlayır, əhali özünün əmək fəaliyyətinin nəticələri haqqında daha çox düşünməyə başlayıb, özlərini və ailələrini bədbəxt hadisələrdən qorumağa maraqlıdırlar.

Bir müddət öncə “Qala Həyat” Sığorta Şirkəti uğurlu rebrendinq həyata keçirmişdir və bu şirkətin bazar mövqeyinin daha da möhkəmlənməyinə kömək olmuşdur. Şirkətdə həmçinin qaynar xətt də fəaliyyət göstərir və hər kəs 1540 nömrəli çağrı mərkəzinə zəng edərək şirkətin məhsulları haqqında məlumat əldə edə bilər. Bundan əlavə şirkət 5 illiy yubileyində yeni saytını da insanların rahatlığı üçün istifadəyə verib: www. qala.az saytı yeni və tam fərqli tərtibatda əhalini həyat sığortası haqqında məlumatlandırmağa hazırdır.

Bizi seçmək üçün 6 səbəb

biz fəaliyyət göstərdiyimiz sahədə ixtisaslaşdırılmış şirkətə malikik

biz hər müştəriyə individual yanaşırıq

biz kompromissə gedirik

biz müştərilər üçün rahat ödəmə şərtləri yaradırıq

bizim təsisçilərimiz ölkədə təkrarsığorta sahəsində ən iri qurum “AzRe Təkrarsığorta” şirkətidir

biz pozitivi öyrənmək, pozitivə öyrəşmək üçün varıq!