Mətbuat

Sığorta şirkətinin yığımları 10 milyon manat artdı – HESABAT

“Qala Həyat” sığorta şirkətinin bu ilin yanvar-noyabr ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi   53,4 %  artaraq  29 672 707 manat olub.  Bu isə 10 335 502 manat artım deməkdir. Ötən ilin eyni dövründə sığorta şirkəti 19 337 205 manat sığorta haqqı toplaya bilmişdi. 

“Qala Həyat”ın yığımları ilə yanaşı, ödənişləri 23,2 % artaraq 21 004 514 manat olub. Halbuki, şirkətin ötən ilin 11 ayında ödəniş xərcləri  17 040 796 manat təşkil etmişdi. 

Son statistikaya əsasən sığorta şirkətinin zərərliliyi də aşağı düşüb. Belə ki, sığorta yığımlarında müşahidə edilən böyük artım zərərliliyə də təsir edib. Ötən ilin yanvar-noyabr aylarında sığorta şirkəti topladığı hər 100 manatdan 88,1 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıbsa, bu ilin eyni dövründə bu rəqəm 70,8 manata qədər azalıb. 

Bizi seçmək üçün 6 səbəb

biz fəaliyyət göstərdiyimiz sahədə ixtisaslaşdırılmış şirkətə malikik

biz hər müştəriyə individual yanaşırıq

biz kompromissə gedirik

biz müştərilər üçün rahat ödəmə şərtləri yaradırıq

bizim təsisçilərimiz ölkədə təkrarsığorta sahəsində ən iri qurum “AzRe Təkrarsığorta” şirkətidir

biz pozitivi öyrənmək, pozitivə öyrəşmək üçün varıq!