Mətbuat

“Qala Həyat” ilin ən böyük ödənişini açıqladı

“Qala Həyat” sığorta şirkəti 2016-cı ildə ən böyük ödənişini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ödəniş əmək qabiliyyətinin sığortası üzrə verilib. 

Hadisə bu ilin mart ayında baş verib. Belə ki,  işlə əlaqədər tədbirə gedərkən sığortalı müştərinin olduğu avtomobilin iştirakı ilə qəza baş verib. Nəticədə sığortalı şəxs əmək qabiliyyətinin 90%-ni müddətsiz olaraq itirib. “Qala Həyat” bunu nəzərə alaraq tərtib edilmiş sığorta aktına əsasən sığorta olunmuş şəxsə 84 072 manat məbləğində sığorta ödənişi edib.

Bizi seçmək üçün 6 səbəb

biz fəaliyyət göstərdiyimiz sahədə ixtisaslaşdırılmış şirkətə malikik

biz hər müştəriyə individual yanaşırıq

biz kompromissə gedirik

biz müştərilər üçün rahat ödəmə şərtləri yaradırıq

bizim təsisçilərimiz ölkədə təkrarsığorta sahəsində ən iri qurum “AzRe Təkrarsığorta” şirkətidir

biz pozitivi öyrənmək, pozitivə öyrəşmək üçün varıq!