Mətbuat

Həyat sığorta şirkəti nəticələrini açıqladı

«Qala Həyat» sığorta şirkəti 2016-cı ilin nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, yanvar-dekabr aylarında ümumi yığımların həcmi 39,3 % və ya 8 967 969 manat  artaraq 31 795 346 manat təşkil edib.

2015-ci ildə isə sığorta şirkəti 22 827 377 manat sığorta haqqı toplamışdı. Sığorta şirkətinin dekabr ayında yığımları isə  2 122 639 manat təşkil edib. 

«Qala Həyat»ın ötən il yığımları ilə yanaşı, ödənişləri 7,8% artaraq 19 041 481 manat olub. 2015-ci ildə isə sığorta şirkəti öhdəlikləri üzrə 17 649 084 manat ödəniş edib.

Son statistikaya əsasən, sığorta şirkətinin zərərliliyi də aşağı düşüb. Belə ki, sığorta yığımlarında müşahidə edilən böyük artım zərərliliyə də təsir edib. 2015-cı ildə sığorta şirkəti topladığı hər 100 manatdan 77,3 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıbsa, ötən il bu rəqəm 59,8 manata qədər azalıb. 

 

Bizi seçmək üçün 6 səbəb

biz fəaliyyət göstərdiyimiz sahədə ixtisaslaşdırılmış şirkətə malikik

biz hər müştəriyə individual yanaşırıq

biz kompromissə gedirik

biz müştərilər üçün rahat ödəmə şərtləri yaradırıq

bizim təsisçilərimiz ölkədə təkrarsığorta sahəsində ən iri qurum “AzRe Təkrarsığorta” şirkətidir

biz pozitivi öyrənmək, pozitivə öyrəşmək üçün varıq!