Mətbuat

“Qala Həyat”ın gəlirləri və mənfəəti artıb

“Qala Həyat Sığorta” şirkəti 2016-cı ili 2 milyon 589 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin cəmi gəlirləri təxminən 40 milyon manat, cəmi xərcləri 36 milyon 736 min manat təşkil edib. Şirkət 678 min 316 manat mənfəət vergisi ödəyib.

 

Xatırladaq ki, 2015-ci ildə “Qala Həyat Sığorta”nın cəmi gəlirləri 29 milyon 469 min manat, cəmi xərcləri 26 milyon 712 min manat, xalis mənfəəti isə 2 milyon 185 min manat təşkil etmişdi.

 

Ötən il şirkətin cəmi gəlirlərinin artmasının əsas səbəbi birbaşa sığorta üzrə haqların 22 milyon 799 min manatdan 32 milyon 532 min manata yüksəlməsi olmuşdur.

Bizi seçmək üçün 6 səbəb

biz fəaliyyət göstərdiyimiz sahədə ixtisaslaşdırılmış şirkətə malikik

biz hər müştəriyə individual yanaşırıq

biz kompromissə gedirik

biz müştərilər üçün rahat ödəmə şərtləri yaradırıq

bizim təsisçilərimiz ölkədə təkrarsığorta sahəsində ən iri qurum “AzRe Təkrarsığorta” şirkətidir

biz pozitivi öyrənmək, pozitivə öyrəşmək üçün varıq!