Mətbuat

“Qala Sığorta” və “Qala Həyat” gömrük işçilərinə xüsusi endirim kampaniyasına başlayıb

Bakı, 30 yanvar, SalamNews. Azərbaycanda hər il “30 Yanvar – Gömrük xidməti əməkdaşlarının peşə bayramı günü” kimi qeyd olunur. Bu münasibətlə “Qala Sığorta” və “Qala Həyat” şirkəti endirim kampaniyasına başlayıb.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, gömrük xidməti əməkdaşları ölkə iqtisadiyyatının güclənməsində, iqtisadi təhlükəsizliyin qorunmasında, eləcə də dövlət büdcəsinə daxilolmaların təmin edilməsində, gömrük hüquq pozmalarına qarşı mübarizə aparmaqda, xarici ticarəti sürətləndirmək və asanlaşdırılması istiqamətində apardıqları uğurlu xidmətləri ilə seçilib. Məhz bu baxımdan da “Qala Həyat” və “Qala Sığorta” şirkəti gömrük xidməti əməkdaşlarının peşə bayramı münasibəti ilə könüllü sığorta məhsullarına 15-20%- dək endirim kampaniyasına başlayıb. Belə bir güzəştdən yararlanmaq üçün müştəri istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.

Qeyd edək ki, kampaniya 09 fevral tarixinədək davam edəcək. Məhsullarımızla bağlı daha ətraflı məlumat almaq üçün (012) 377 10 10 və ya 1540 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər.

http://salamnews.org/az/news/read/302467

Bizi seçmək üçün 6 səbəb

biz fəaliyyət göstərdiyimiz sahədə ixtisaslaşdırılmış şirkətə malikik

biz hər müştəriyə individual yanaşırıq

biz kompromissə gedirik

biz müştərilər üçün rahat ödəmə şərtləri yaradırıq

bizim təsisçilərimiz ölkədə təkrarsığorta sahəsində ən iri qurum “AzRe Təkrarsığorta” şirkətidir

biz pozitivi öyrənmək, pozitivə öyrəşmək üçün varıq!