“ZƏRƏRSİZ VƏ İTKİSİZ” – YENİ SIĞORTA MƏHSULU

Biz, “Qala Həyat”sığorta şirkəti olaraq Sizin üçün “Zərərsiz və İtkisiz” adlı yeni məhsul yaratdıq.

Şərtlərimiz çox sadədədir:

  • Sizə uyğun olaraq, istədiyiniz və ödəyə biləcəyiniz sığorta haqqını özünüz təyin edirsiniz;
  • Biz isə sizə həyatın ölüm halından və yaşam sığortası (sığorta müddəti ərzində heç bir hadisə baş vermədikdə belə sığorta ödənişi verilir) üzrə təminat veririk;

 

MƏHSULU NECƏ ƏLDƏ ETMƏK OLAR? 

  1. Online kalkulyator linkinə daxil olmaqla onlayn kalkulyator vasitəsi ilə “A” və ya “B” paketlərindən özünüzə uyğun olanını seçirsiniz;
  2. Daha sonra onlayn müraciət göndərirsiniz;

 

                        Sizin üçün etibarlı və asanlıqla əldə edə biləcəyiniz sığorta məhsulu.

 

MƏHSULU KİMLƏR ALA BİLƏR:

  • Əmək qabiliyyəti olan fiziki şəxslər

 

PAKETLƏR ÜZRƏ TƏMİNAT:

  • Həyatın Yaşam Sığortası (sığorta müddəti ərzində heç bir hadisə baş vermədikdə sığorta ödənişi verilir);
  • İstənilən səbəbdən ölüm halı(sığorta müddəti ərzində ölüm halında sığorta ödənişi verilir);

 

ŞƏRTLƏRİMİZ:

  • Müqavilənin minimum müddəti:  1 il
  • Sığortalanın yaşı:  18-60 yaş
  • Sığortanın qüvvədə olduğu ərazi: Bütün dünya

 

“A Paketi” üzrə:

  •  Sığorta məbləği: 500 AZN-dən başlayaraq
  •  Sığorta haqqı:     150 AZN-dən başlayaraq

 

“B Paketi” üzrə:

  •  Sığorta məbləği: 1 000 AZN-dən başlayaraq
  •  Sığorta haqqı:        150 AZN-dən başlayaraq

 

HANSI HALLARDA SIĞORTA ÖDƏNİŞİ VERİLİR:

 

A Paketi:

  • Ölüm riski üzrə: Sığorta məbləğinin 100%-i faydalanan şəxsə ödənilir;
  • Yaşam halında sığorta haqqının 100%-i həcmində sığorta olunan və ya faydalanan şəxsə qaytarılır;

 

B Paketi:

  •  Ölüm riski üzrə: Sığorta məbləğinin 100%-i faydalanan şəxsə ödənilir;
  • Yaşam halında sığorta haqqının 60%-i həcmində sığorta olunan və ya faydalanan şəxsə qaytarılır;

 

  • FAYDALANAN ŞƏXS:
  • Sığorta olunanın müqavilədə qeyd etdiyi şəxs;  

 

 

MƏHSULUN ÜSTÜNLÜYÜ:  (Əlavə xidmətlər)

  • Yalnız biz təklif etdiyimiz məhsulda siz “Avropa Hüquq Xidməti” şirkətinə 7/24 olmaqla istənilən vaxt zəng edərək bütün növ hüquqi məsləhət xidmətlərindən yararlana bilərsiniz;

“B Paketi”ni seçən müştərilərə:

  • Sığorta haqqı 2000 AZN-dən yüksək olduqda “Sfera” şirkətinin təqdim etdiyi beynəlxalq dərəcəli həkim məsləhəti;
  • “Qala Sığorta”dan 1 il müddətinə 14 günlük səfər sığorta məhsulu hədiyyə edilir;

 

İSTİSNALAR:

  • Sığorta olunanın intiharı, hərbi əməliyyatlarda, vətəndaş qarşıdurmalarında, hərbi çevrilişlərdə və xalq iğtişaşlarında iştirakı, qanunazidd hərəkətləri;
  • terror aktları, nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin təsiri;
  • sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi, idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşütün) qəzaya uğraması;
  • sığorta olunanın sualtı, atçılıq, avia döyüş, avto-moto və qış idman növləri, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə məşğul olması.

 

HƏYATIMIZA BİRLİKDƏ DƏYƏR VERƏK!

6 reasons to choose our company

we are specialized company in our field of activity

we approach each customer individually

we compromise

we provide easy terms of payment for customers

our founder is “AzRe Reinsurance”, the largest company in the field of re-insurance

we exist to educate and be educated positivism!