Полис страхования жизни

Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.


Anlayışlar


Əgər qaydalarda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:


Sığortalı - Sığortaçı ilə bu Qaydalar əsasında müqavilə bağlayan və sığortaya görə haqq ödəyən hüquqi və ya fəaliyyət qabiliyyəti olan fiziki şəxsdir;

Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;

Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan, əlillik dərəcəsi olmayan fiziki şəxs. Fiziki şəxs olan Sığortalı öz maddi maraqları ilə bağlı bu Qaydalar əsasında Müqavilə bağladıqda həm də Sığorta olunan qismində çıxış edir. Əgər Sığortalı və Sığorta olunan ayrı-ayrı şəxslərdirsə, müqavilə yalnız Sığorta olunanın və ya onun qanuni nümayəndəsinin yazılı razılığı ilə bağlana bilər;

Faydalanan şəxs - Müqaviləyə görə sığorta ödənişini almaq hüququ olan hüquqi və ya fiziki şəxs. Faydalanan şəxs qismində Sığorta olunan, onun öldüyü halda isə müqavilədə müvafiq olaraq fayda əldə edən qismində göstərilmiş şəxs çıxış edir;

Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyyatlarını hesablayan mütəxəssis;

Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində Sığortalının özünün və ya Müqavilədə Sığorta olunan qismində göstərilən başqa şəxsin müəyyən yaşa çatdığı, öldüyü və ya Müqavilədə nəzərdə tutulmuş digər sığorta hadisəsinin baş veriyi təqdirdə Müqavilə ilə şərtləşdirilmiş sığorta məbləğini bir dəfəyə və ya vaxtaşırı faydalanan şəxsə ödənilməsini sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;

Sığorta şəhadətnaməsi - Sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən Sığortaçı tərəfindən sığorta Qaydaları əlavə edilməklə Sığortalıya hər bir sığortalanmış şəxs üçün verilən imzalı sənəd;

Sığorta hadisəsi - Müqavilədə nəzərdə tutulan və baş verməsi ilə Sığortaçının, müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanının verdiyi və sığorta hadisəsinin baş verməsini təsdiq edən sənədlərin ona təqdim edilməsi şərti ilə müqavilə ilə müəyyənləşdirilmiş sığorta məbləğini Faydalanan şəxsə ödəmək vəzifəsini yaradan haldır (hadisədir);

Bədbəxt hadisə - kənar fiziki təsirlə əlaqədar olan və Sığorta olunanın həyatı və sağlamlığına zərər vuran qəfil, gözlənilməz və təsadüfi hadisə;

Sığorta məbləği - Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmək üçün Sığortaçının məsuliyyətinin həddini müəyyən edən pul məbləği. Sığorta məbləğinin və ya sığorta təminatının həcmi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir;

Sığorta haqqı - Sığortalının sığortaya görə Sığortaçıya (və ya brokerə, yaxud agentə) Müqavilə üzrə ödəməli olduğu pul məbləği;

Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

Sığorta tarifi – sığorta haqqının hesablanması üçün müəyyən edilən dərəcə;

Qaytarılan məbləğ – Həyatın yığım sığortası üzrə müqavilənin vaxtından əvvəl xitam olunduğu halda Sığortalıya, Sığorta olunana və ya Faydalanan şəxsə ödənilməsli olan pul məbləği;

Riskli məbləğ – sığorta məbləği ilə müqavilənin qüvvədə olduğu hər hansı günədək yaradılmış sığorta haqqlarının riyazi (aktuar) ehtiyyatının məbləği arasındakı fərq;

Gözləmə müddəti - sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.

6 причин для выбора нас

мы специализируемся только на страховании жизни

наш принцип индивидуальный подход к клиенту

мы стараемся решать спорные вопросы в пользу клиента

мы -создаём гибкие условия оплаты нашим клиентам

наши учредители - перестраховочная организация «AzRe Reinsurance»

мы для того, чтобы учить и дарить позитив!