“Qala” sığorta şirkətləri qrupu və “AzRe Təkrarsığorta” ASC Azərbaycan Respublikası Silahlı Qüvvələrinə dəstək olub!
“Qala” sığorta şirkətləri qrupu və “AzRe Təkrarsığorta” ASC ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, işğal olunmuş torpaqların azad edilməsi uğrunda mübarizə aparan ordumuza dəstək olub.
Şirkətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə ordumuzu 200 min manat dəyərində yüksək keçid qabiliyyətli nəqliyyat vasitələri və ilk tələbat zərurətli əşyalarla təmin edib.
“Qala” sığorta şirkətləri qrupu və “AzRe Təkrarsığorta” ASC ordumuzun düşmənə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarını tam dəstəkləyir və tezliklə qələbə qazanacağımıza əminliyini ifadə edir.