FAQ

Tez-tez verilən suallar

Sığorta ödənişi aşağıdakı sənədlər təqdim edildiyi halda həyata keçirilir:

 

  • sığorta hadisəsi baş verdikdə, Sığortalının, Sığorta olunanın və ya faydalanan şəxsin 
  • sığortaçıya ünvanladığı sığorta tələbi;
  • sığorta şəhadətnaməsi (sığortalanma haqqında ərizəsi və əlavələri ilə);
  • sığorta olunanın şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • sığortalının və yaxud faydalanan şəxsin şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
  • sığorta olunan vəfat etdikdə, ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
  • faydalanan şəxs müəyyən edilməmişdirsə, vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

 

Baş vermiş hadisənin səbəblərini və ya sığorta hadisəsi olması faktını müəyyən etmək üçün zəruri olan aşağıdakı sənədlər də əsaslandırılmış şəkildə tələb edilə bilər:

 

  • Sığorta olunan vəfat edibsə ölümün səbəbi haqqında tibbi arayış, ölüm haqqında tibbi 
  • şəhadətnamə;
  • ⁠⁠epikriz, xəstəlik tarixçəsindən çıxarış;
  • ⁠ambulator kartadan çıxarış;
  • əmək müqaviləsi.

Əgər faydalanan şəxs Sığorta olunanın ölümü halında müqaviləyə uyğun olaraq ona ödənilməli olan sığorta təminatını almadan ölərsə, sığorta ödənişi həmin faydalanan şəxsin vərəsələrinə verilir.
 

  • ⁠sığorta olunanın üçüncü şəxslərin qanunazidd hərəkətləri nəticəsində özünü öldürmək həddinə çatdırılması və ya intihara məcbur edilmə halları istisna olmaqla, Sığorta olunanın sığorta müqaviləsinin bağlanmasından sonra intiharı;
  • sığorta olunanın hərbi əməliyyatlarda, vətəndaş qarşıdurmalarında, terror aktlarında, hərbi çevrilişlərdə, kütləvi iğtişaşlarda, hakimiyyətin zorla ələ keçirilməsində iştirak etməsi, həmçinin Sığorta olunanın hərbi xidmət keçməsi, hərbi toplanışlarda, təlimlərdə, rəsmi elan edilmiş yaxud edilməmiş müharibədə iştirak etməsi və s. bu kimi hallar;
  •  ⁠nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin, epidemiyaların və pandemiyanın təsiri;
  • sığorta olunanın alkoqollu, narkotik və ya toksik maddələri qəbul etməsi və onun təsiri nəticəsində baş vermiş hadisələr, o cümlədən qeyd olunanların qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi və yə nəqliyyat vasitəsini belə sərxoş vəziyyətdə olan şəxsə, uyğun kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə idarə etmək üçün verməsi;
  • sığorta olunanın alkoqollu, narkotik və ya toksik maddələri qəbul etməsi və onun təsiri nəticəsində baş vermiş hadisələr, o cümlədən qeyd olunanların qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi və yə nəqliyyat vasitəsini belə sərxoş vəziyyətdə olan şəxsə, uyğun kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə idarə etmək üçün verməsi;
  • Qanunvericiliklə nəzərdə tutulmuş digər hallar.

Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:

  • sığorta şəhadətnaməsi;
  • sığorta ödənişinin alınması barədə faydalanan şəxsin (şəxslərin) sığorta tələbi;
  • ⁠öldüyü hal istisna olmaqla, sığortalının şəxsiyyətini təsdiq edən sənədinin surəti;
  •  ⁠kredit müqaviləsinin borcverən tərəfindən təsdiqlənmiş surəti;
  • kredit müqaviləsi üzrə borcverənin təsdiqlədiyi ödəniş qrafikinin surəti və kredit müqaviləsi üzrə borcverənin təsdiqlədiyi qalıq borc məbləğinə dair arayış;
  • sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanının (qurumunun) belə hadisələrin baş verməsi tarixini, faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədi;
  • sığortalı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə öldüyü halda:
  • ölüm haqqında şəhadətnamənin surəti;
  • xəstəlikdən öldüyü halda həmçinin xəstəlik tarixindən çıxarış (epikriz);
  • sığortalının vərəsələrinə sığorta ödənişinin verilməsi nəzərdə tutulduqda vərəsəlik haqqında şəhadətnamənin surəti;
  • sığortalının əmək qabiliyyətinin itirilməsi halında ona orqanizmin funksiyalarının pozulması faizinin təyin edilməsi haqqında tibbi-sosial ekspert komissiyasının rəyinin surəti.
  • Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
    • ⁠hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər, vətəndaş qarşıdurmaları, hərbi çevrilişlər və xalq iğtişaşları hesab edilən tədbirlər;
    • nüvə, bakterioloji (bioloji) və kimyəvi vasitələrdən (silahlardan) istifadə etməklə həyata keçirilən terror aktları;
    • sığortalının alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;
    • nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin təsiri;
    • sığortalının özünün idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşütün) qəzaya uğraması;
    • sığortalının qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə peşəkar şəkildə məşğul olması.
    • sığortalının sığortalanma haqqında ərizəsində bəyan edilən, sığorta müqaviləsi, eləcə də sığorta şəhadətnaməsində buna əsasən aydın və oxunaqlı formada istisna edilən xəstəliklər nəticəsində baş vermiş hadisələr sığorta hadisəsi hesab edilmir.
    • sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsi bağlananadək əlilliyinin müəyyən olunması;
    • sığorta müqaviləsi bağlananadək sığortalının orqanizminin funksiyalarının pozulmasına səbəb olan bədbəxt hadisənin baş verməsi ilə əlaqədar sığorta müqaviləsi müddətində əlilliyinin müəyyən olunması;
    • xəstəlik səbəbindən sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsinin bağlanmasından öncə əlilliyinin müəyyən olunması üçün səlahiyyətli dövlət orqanına (qurumuna) ünvanlandığı müraciəti üzrə sığorta müqaviləsi bağlandıqdan sonra 6 (altı) ay ərzində əlilliyinin müəyyən olunması.
    • ⁠sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 (on beş) gün sonra, digər nəzərdə tutulmuş halda isə sığortaçı müəyyən etdiyi müddətin başa çatmasından 3 (üç) gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
    • Qanunvericiliklə nəzərdə tutulmuş digər hallar.
  • sığorta müqaviləsinin surəti;
  • sığorta olunanın öldüyü halda faydalanan şəxsin imzaladığı sığorta tələbi;
  • qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında aktların, yaxud məhkəmə qərarının surəti;
  • sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və müddətini müəyyən edən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunmuş Müayinə aktlarından çıxarışların (əlilliyin səbəbi, əmək zədəsi və əmək qabiliyyətinin itirilməsi faizi qeyd olunmaqla) surəti;
  • sığorta olunan öldüyü halda, onun ölüm haqqında şəhadətnaməsinin surəti;
  • sığorta olunan öldüyü halda, onun himayəsində olmuş ailə üzvləri (şəxslər) haqqında arayış;
  • sığorta hadisəsi nəticəsində aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisə səbəbindən öldükdə, ölümün sığorta hadisəsi ilə bağlılığını təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının qərarı;
  • sığorta hadisəsi nəticəsində sığorta olunanın, onun öldüyü halda isə digər faydalanan şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin surətləri;
  • sığorta olunanın öldüyü halda faydalanan şəxs hesab edilən ailə üzvləri onun valideynləri olduqda onun doğum haqqında şəhadətnaməsinin, övladları olduqda onların doğum haqqında şəhadətnamələrinin, əri (arvadı) olduqda isə onun nikah haqqında şəhadətnaməsinin surəti;
  • faydalanan şəxsin sığorta tələbi ilə bağlı ərizəsi və bank rekvizitləri;

  • hadisə tarixindən 12 ay əvvəl sığorta olunanın orta əmək haqqısı barəsində cədvəl şəklində yazılı və işəgötürən tərəfindən təsdiqlənmiş arayış;
  • hadisə sığorta olunanın hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda;
  • sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;
  • Qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.