Azərbaycan xalqına güvənli
və etibarlı sığorta xidməti göstəririk.

Qala Həyat Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin əsas səhmdarı aktivlərinin həcminə görə ölkənin yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC-dir.

Qala Həyat Sığorta Şirkəti fərqliliyi, rahatlığı, sürəti və yüksək keyfiyyətli xidməti qiymətləndirənlərin seçimidir

Qala Həyat Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 13 041 600 AZN nizamnamə kapitalına malik olan ölkənin ən aparıcı həyat sığortası şirkətlərindən biridir. 

İri həcmli nizamnamə kapitalı ilə sığorta bazarının əsas iştirakçısı olan Qala Həyat Sığorta Şirkətinin əsas fəaliyyət istiqaməti və məqsədi sərfəli həyat sığortası məhsulları təqdim etməklə Azərbaycan xalqına güvənli və etibarlı sığorta xidməti göstərməkdir.


Təsis edildiyi gündən öz fəaliyyətini yüksək keyfiyyətli xidmət və beynəlxalq idarəetmə sistemi və standartlar əsasında quran “Qala Həyat” Sığorta Şirkəti sığorta sahəsində yüksək təcrübəli peşəkarlardan ibarət komandaya malikdir. Hazırda şirkət müştərilərə sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid bütün növ məhsulları təqdim edir.

Beynəlxalq standartlar

Keyfiyyətli xidmət ilə yanaşı
hər il uğurlarımızı yeniləyirik

Qala Həyat Sığorta
Şirkətinin inkişaf siyasəti

Azərbaycan sığorta bazarının inkişafına daima öz tövhəsini verən Qala Həyat Sığorta Şirkətinin inkişaf siyasətinin əsas prioriteti məhz sığorta bazarının inkişafına yönəlmişdir.

 

Şirkətimiz öz inkişaf siyasətini aşağıdakıları əsas götürməklə təmin edir:

 

  • Şəffaflıq, ədalətlilik və dürüstlük prinsipləri əsasında fəaliyyət göstərmək;
  • Qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət etmək;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə vergi və digər icbari ödənişləri ödəmək;
  • Çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirləri həyata keçirmək;
  • Etik normaları, biznesin aparılması qaydalarını və şirkətin reputasiyasını qorumaq;
  • Əlverişli şərtlərlə, keyfiyyətli sığorta xidmətləri və məhsulları təklif etməklə özünü etibarlı tərəfdaş kimi doğrultmaq;
  • Müştəri məmnuniyyətini təmin etmək və məmnunluğun ölçülməsi prosesini daim təkmilləşdirmək və mükəmməlləşdirmək;
  • Sığorta sirri hesab edilən məlumatların tam qorunmasını təmin etmək;
  • Şirkətin maliyyə göstəricilərini daim yaxşılaşdırmaq, gəlir və xərclərə nəzarət etmək və vəsaitlərdən səmərəli istifadəni təmin etmək;
  • Ehtiyat fondu formalaşdırmaq;
  • Maliyyə hesabatlarının qanunvericiliyə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunu təmin etmək;
  • İşçilərin karyera inkişafına şərait yaratmaq, onların əmək təhlükəsizliyini təmin etmək, işçilərin bilik və bacarıqlarının artırılması məqsədi ilə mütəmadi olaraq təlim və kurslar təşkil etmək;
  • Fəaliyyətində müasir texnologiyaların və yeniliklərin tətbiq edilməsi üçün daim öz üzərində çalışmaq.

Dividend siyasəti dividendlərin ödənilməsi qərarının qəbul olunma, dividendlərin miqdarının hesablanma və onların verilməsi barədə qaydalarını təyin edir, maraqlı olan digər şəxsləri məlumatlandırmaq məqsədi daşıyır.

  • Şirkətin maliyyə vəziyyəti, hesabat dövrünə dair fəaliyyətin nəticələri barədə məlumatın maliyyə hesabatlarının istifadəçilərinə, rəhbərliyə, təsisçilərə, habelə xarici istifadəçilərə - investorlara, kreditorlara, nəzarətedici və dövlət orqanlarına təqdim edilməsi;
  • Dividend uçotunun aparmasının əsas prinsiplərinin müəyyən edilməsi;
  • Dividend uçotunun idarə edilməsi çərçivəsində səlahiyyətləri müəyyən edən qaydaların tərtib edilməsi;
  • Dividend uçotunun idarə etməsində qanunvericiliyin tələblərinin icra və riayət olmasının təmin edilməsi.
  • şəffaflıq – dividend siyasətinin reallaşdırılmasında, o cümlədən, dividendlərin miqdarı və ödənilməsi qərarının qəbulunda iştirak edən tərəflərin məsuliyyəti və öhdəlikləri haqqında məlumatın aydınlaşdırılması və təyin edilməsi;
  • vaxtlı vaxtında – dividend ödənişinin həyata keçirilməsində müvəqqəti hədlərin müəyyən olunması;
  • əsaslanma –inkişaf siyasəti və investisiya proqramının nəzərə alınması şərti ilə, dividendlərin miqdarı və ödənilməsi haqqında qərarın yalnız şirkətin müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;
  • ədalətlilik – dividendlərin verilməsi, məbləği və verilmə qaydaları haqqında məlumatın alınması üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;
  • ardıcıllıq – dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası;
  • sabitlik – sabit dividend ödənişləri etmək təşəbbüsü.
  • Dividend ödənişləri, həmçinin dividendlərin məbləği və ödəniş metodu haqqında qərar Səhmdarların Ümumi Yığıncağında qəbul olunur.
  • Bütün kateqoriyalı (tipli) səhmlər üzrə dividendlərin verilməsi haqqında qərarın qəbul edilməsi şirkətin hüququdur.
  • Dividendlərin ödənilməsi haqqında qərarın qəbul edilməsi və dividendlərin verilmə prosesi müvafiq qanunvericiliyə əsaslanır.
Keyfiyyət siyasəti

Tariximiz

Şirkətimiz 07.07.2008-ci il tarixində Qala Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti adı altında dövlət qeydiyyatına alınmışdır.

Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun imzalanması tarixindən, 30.11.2010-cu ildən Qala Həyat Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti adı ilə həyat sığorta sahəsi üzrə fəaliyyətə başlamışdır.

Qala Həyat Sığorta Şirkətinin keçmiş və indiki uğurları ilə hər zaman öndədir!

Şirkətin üzv olduğu ictimai birlik və təşkilatlar:

Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA)

Caspian European Club (CEIBC)

İcbari Sığorta Bürosu (İSB)

Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyi (AMCHAM)

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA)

Biz daha etibarlıyıq!
Çünki Qala Həyat Sığorta Şirkəti güvən deməkdir!

Minlərlə məhsullarımızdan məmnun müştərimiz və şirkətin üzv olduğu ictimai birlik və təşkilatlarla tanış olun.

2025

Caspian European Club

2025

İcbari Siğorta 
Bürosu

2025

Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyi

2025

Azərbaycan Siğortaçılar Assosiasiyası

2025

Professional Maliyyə Menecerləri Assosasiyası

2025

Azərbaycan Türk İş Adamları Birliyi

2025

Çirkli Pulların Yuyulmasına Qarşı Sertifikatlı Mütəxəssislər Assosiasiyası

Direktorlar şurası

[email protected]

İbrahimov Kamal Mirsahib oğlu

Direktorlar Şurasının sədri

[email protected]

Rəhmanov Aydın Səməd oğlu

Direktorlar Şurasının sədr müavini

[email protected]

Bayramlı Aynur Əziz qızı

Direktorlar Şurasının üzvü

Riskləri İdaerəetmə Komitəsi

[email protected]

Rəhmanov Aydın Səməd oğlu

Riskləri İdaerəetmə Komitəsinin sədri

[email protected]

Bayramlı Aynur Əziz qızı

Riskləri İdaerəetmə Komitəsinin üzvü

Audit Komitəsi

[email protected]

Hümmətov Polad Akif oğlu

Audit Komitəsinin sədri

[email protected]

Rəhmanov Aydın Səməd oğlu

Audit Komitəsinin üzvü

İdarə heyəti

[email protected]

Talıbov Anar Talıb oğlu

İdarə Heyətinin sədri

[email protected]

Həsənov Natiq Hidayət oğlu

İdarə Heyəti sədrinin müavini

[email protected]

Savelyeva Tatyana Mixaylovna

İdarə Heyətinin üzvü, Anderraytinq və Təkrarsığorta departamentinin müdiri

[email protected]

Həsənəliyev Tural Eldar oğlu

İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı, Baş mühasib

Daxili audit xidməti

[email protected]

Seyfulla İntiqam Mirzəhüseyn oğlu

Daxili Audit Xidmətinin rəhbəri

Məsul aktuari

[email protected]

Vəliyev Nəsir Asif oğlu

Məsul Aktuari