İnsanların gələcək həyatlarını güvənli, təminatlı, problemsiz etmək;
Gəliri olan hər bir şəxsə və ailə üzvlərinə zəmanətli maliyyə təminatı əldə etmək imkanı vermək, hətda əmək haqqı almayan lakin hər ay övladı üçün müəyyən məbləği qənaət edib saxlayan valideyin belə bu məhsulun üstünlüklərini əldə edə bilər.
ÜMUMİ İZAH VƏ TƏMİNATLAR
Şəxs müqavilə müddəti ərzində müqavilə üzrə müəyyən olunmuş aylıq sığorta haqları ödəyir;
Sığorta ödənişini alan şəxslər (faydalanan şəxslər):
Sığorta olunan vəfat etdikdə onun ailə üzvləri;
Yaşaması halında sığorta olunanın özü.
Sığorta ödənişinin alınması qaydası:
Müqavilə ilə müəyyən edilmiş müddət ərzində hər ay olmaqla təyin edilmiş məbləğdə annuitet (bərabər hissəli) şəkildə;
Birdəfəlik şəkildə.
Sığorta haqlarının sabit olması mütləq deyildir, hər ay fərqli məbləğdə sığorta haqqı da ödəmək olar. Hər fərqli sığorta haqqı ödənişindən sonra sığorta məbləği yenidən hesablanacaqdır;
Sığorta məbləği hesablanarkən illik investisiya gəliri tətbiq edilir;
Ödənilmiş sığorta haqlarının həcmindən asılı olmayaraq sığorta müddəti ərzində sığorta olunan vəfat etdiyi halda sığorta məbləği tam şəkildə faydalanan şəxsə ödənilir.
MÜQAVİLƏ ÜZRƏ ƏSAS ŞƏRTLƏR
Sığorta olunanın sığorta müqaviləsi müddətinin sonunadək yaşaması halında sığorta məbləğinin 100 %-i ödənilir (sığorta müddəti ərzində ödənilmiş sığorta haqları + investisiya gəliri)
Sığorta olunanın sığorta müqaviləsi ərzində ölməsi halında sığorta məbləğinin 100 %-i ödənilir (sığorta müddəti ərzində ödəməli olduğu sığorta haqları + investisiya gəliri)
18 yaşından 60 yaşadək olan fiziki şəxslər
Sığorta olunan tərəfindən təyin olunmuş bir və ya bir neçə şəxs