"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanun, Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, başqa sözlə, sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.
Peşə risk dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq sığorta tarifi aşağıdakı kimi müəyyən edilir:
Bu sığorta məhsulunun adından da məlum olduğu kimi mülkiyyət və təşkilati-hüquqi formasında asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, dövlət orqanları və digər qurumlar İcbari sığorta növü üzrə sığortalanmalıdır.
Sığorta müqaviləsi bağlanmadığı təqdirdə sığorta hadisəsi baş verərsə işəgötürən öz işçisi qarşısında bu qanunla müəyyən edilmiş sığorta təminatı həcmində məsuliyyət daşıyacaq. Həmçinin, qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə cərimələnəcək.
Əlavə məlumat üçün 1540 qısa nömrəmizlə əlaqə saxlaya bilərsiniz.