“Qala” və “Qala Həyat” sığorta şirkətləri “YAŞAT” Fonduna 100 min manat ianə edib
“Qala” və “Qala Həyat” sığorta şirkətləri Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılan “YAŞAT” Fonduna 100 min manat ianə edib.
Korporativ sosial məsuliyyət prinsiplərinə hər zaman sadiq qalan “Qala” və “Qala Həyat” sığorta şirkətləri yaralılara və şəhid ailələrinə dəstək üçün həmrəylik nümayiş etdirməyi vacib hesab edir.