Şikayət qaydaları
Hörmətli müştəri, yaranmış münasibətlər zamanı “Qala Həyat” Sığorta Şirkətinin xidmətlərindən razı qalmadığınız halda şikayət məktubu ünvanlaya bilərsiniz. Sikayətlərə “Qala Həyat” Sığorta Şirkətinin İdarə Heyəti tərəfindən fərdi qaydada baxılaraq sizə qəbul edilmiş qərar barədə məlumat verilir. Şikayətinizlə bağlı ərizəni onlayn qaydada göndərə bilərsiniz.
Necə şikayət etmək olar?
Addım 1:
“Qala Həyat” Sığorta Şirkəti ASC-ə müraciət edin.
- Şikayətiniz varsa ilk növbədə “Qala Həyat” Sığorta Şirkəti ilə əlaqə saxlayın;
- Şikayətin səbəbi və problemin mahiyyəti haqqında bildirin. (Yazılı formada müraciət etmək məqsədə uyğundur);
- “Qala Həyat” Sığorta Şirkəti şikayətinizi qəbul etməli və ən geci 7 iş günü ərzində müracətinizə baxılmalıdır;
- Müraciətiniz üzrə əlavə materialların əldə edilməsi, sorğu göndərilməsi və digər hərəkətlərin həyata keçirilməsi zərurəti yarandıqda “Qala Həyat” Sığorta Şirkəti Sizi məlumatlandırmaqla və əsaslandırmaqla müraciətinizə baxılma müddətini ən geci 30 iş günü müddətinə qədər uzada bilər;
- Ola bilsin ki, sizin adınızdan şikayət vermək təklif edilsin. Ancaq nəzərə alın ki, “Qala Həyat” Sığorta Şirkətinə, Mərkəzi Banka və ya məhkəməyə müraciət etmək, sizin də edə biləcəyiniz sadə prosesdir. Bununla bağlı sizə hər hansı məlumat lazım olarsa adı çəkilən qurumlardan məlumat əldə edə bilərsiniz;
- Adınızdan digər şəxsin müraciət etməsini istəyirsinizsə, o zaman bunu rəsmiləşdirməyə çalışın. Çünki müraciət edəcəyiniz qurum(lar)a mütləq qaydada həmin şəxsin nümayəndəliyini təsdiq edən sənədlər təqdim edilməlidir.
Addım 2:
Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra “Nəzarət orqanı”) müraciət edin.
- Şikayətin nəticələri ilə razılaşmadığınız təqdirdə Nəzarət orqanına müraciət edə bilərsiniz. Nəzarət orqanı maliyyə institutlarına nəzarət üçün məsuliyyət daşıyır. Nəzarət orqan tərəfindən maliyyə institutunun qanunazidd hərəkətləri və ya hərəkətsizliyi müəyyən olunduqda Nəzarət orqanı səlahiyyətləri çərçivəsində məsələyə müdaxilə edir. Nəzarət orqanı üçün müraciətin standart forması müəyyən edilmişdir. Həmin formanı Nəzarət orqanın inzibati binasına yaxınlaşmaqla və ya onun rəsmi internet səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz;
- Müraciətinizlə bağlı hər hansı hüquq pozuntusu aşkar edilmədikdə və müraciətinizdə qeyd edilən məsələlərin həll edilməsi Nəzarət orqanın səlahiyyətləri çərçivəsindən kənarda olduqda müraciət Nəzarət orqanı tərəfindən aidiyyəti üzrə müvafiq quruma göndərilə bilər;
- Nəzarət orqanı müraciətinizə baxarkən hüquq pozuntusu aşkar edildiyi halda Nəzarət orqanı tərəfindən müvafiq məsələ ilə bağlı sorğu göndərilərək araşdırma aparılır və şikayətinizin təmin olunması və ya müraciətinizlə əlaqədar sizə müvafiq izahatın verilməsi ilə bağlı tədbirlər görülür;
- Nəzarət orqanı tərəfindən müraciətinizə cavab verilməsi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müddət ərzində həyata keçirilir.
Addım 3:
Məhkəməyə müraciət:
- Nəzarət orqanınınvə ya müvafiq qurumların cavabları sizi qane etməzsə, məhkəməyə müraciət edə bilərsiniz. Bundan başqa, Sizin birbaşa olaraq da məhkəməyə müraciət etmək hüququnuz var;
- Məhkəməyə müraciət etmək üçün müvafiq sənədlər tələb olunur. Həmin sənədlərlə bağlı aidiyyəti məhkəmədən məlumat ala və ya sənədlərin toplanılması və məhkəmədə sizə ixtisaslı hüquqi yardımın göstərilməsi ilə bağlı hüquqşünaslara müraciət edə bilərsiniz.