Siyasətimiz
“Qala Həyat” Sığorta Şirkətinin i̇nki̇şaf si̇yasəti̇
Azərbaycan sığorta bazarının inkişafına daima öz tövhəsini verən “Qala Həyat” Sığorta Şirkətinin inkişaf siyasətinin əsas prioriteti məhz sığorta bazarının inkişafına yönəlmişdir.
Şirkətimiz öz inkişaf siyasətini aşağıdakıları əsas götürməklə təmin edir:
- Şəffaflıq, ədalətlilik və dürüstlük prinsipləri əsasında fəaliyyət göstərmək;
- Qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət etmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə vergi və digər icbari ödənişləri ödəmək;
- Çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirləri həyata keçirmək;
- Etik normaları, biznesin aparılması qaydalarını və şirkətin reputasiyasını qorumaq;
- Əlverişli şərtlərlə, keyfiyyətli sığorta xidmətləri və məhsulları təklif etməklə özünü etibarlı tərəfdaş kimi doğrultmaq;
- Müştəri məmnuniyyətini təmin etmək və məmnunluğun ölçülməsi prosesini daim təkmilləşdirmək və mükəmməlləşdirmək;
- Sığorta sirri hesab edilən məlumatların tam qorunmasını təmin etmək;
- Şirkətin maliyyə göstəricilərini daim yaxşılaşdırmaq, gəlir və xərclərə nəzarət etmək və vəsaitlərdən səmərəli istifadəni təmin etmək;
- Ehtiyat fondu formalaşdırmaq;
- Maliyyə hesabatlarının qanunvericiliyə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunu təmin etmək;
- İşçilərin karyera inkişafına şərait yaratmaq, onların əmək təhlükəsizliyini təmin etmək, işçilərin bilik və bacarıqlarının artırılması məqsədi ilə mütəmadi olaraq təlim və kurslar təşkil etmək;
- Fəaliyyətində müasir texnologiyaların və yeniliklərin tətbiq edilməsi üçün daim öz üzərində çalışmaq.
“Qala Həyat” Sığorta Şirkətinin di̇vi̇dend si̇yasəti̇
Dividend siyasəti dividendlərin ödənilməsi qərarının qəbul olunma, dividendlərin miqdarının hesablanma və onların verilməsi barədə qaydalarını təyin edir, maraqlı olan digər şəxsləri məlumatlandırmaq məqsədi daşıyır.
Dividend siyasətinin məqsədləri:
- Şirkətin maliyyə vəziyyəti, hesabat dövrünə dair fəaliyyətin nəticələri barədə məlumatın maliyyə hesabatlarının istifadəçilərinə, rəhbərliyə, təsisçilərə, habelə xarici istifadəçilərə - investorlara, kreditorlara, nəzarətedici və dövlət orqanlarına təqdim edilməsi;
- Dividend uçotunun aparmasının əsas prinsiplərinin müəyyən edilməsi;
- Dividend uçotunun idarə edilməsi çərçivəsində səlahiyyətləri müəyyən edən qaydaların tərtib edilməsi;
- Dividend uçotunun idarə etməsində qanunvericiliyin tələblərinin icra və riayət olmasının təmin edilməsi.
Dividend siyasəti aşağıdakı prinsiplərə əsaslanır:
- şəffaflıq – dividend siyasətinin reallaşdırılmasında, o cümlədən, dividendlərin miqdarı və ödənilməsi qərarının qəbulunda iştirak edən tərəflərin məsuliyyəti və öhdəlikləri haqqında məlumatın aydınlaşdırılması və təyin edilməsi;
- vaxtlı vaxtında – dividend ödənişinin həyata keçirilməsində müvəqqəti hədlərin müəyyən olunması;
- əsaslanma –inkişaf siyasəti və investisiya proqramının nəzərə alınması şərti ilə, dividendlərin miqdarı və ödənilməsi haqqında qərarın yalnız şirkətin müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;
- ədalətlilik – dividendlərin verilməsi, məbləği və verilmə qaydaları haqqında məlumatın alınması üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;
- ardıcıllıq – dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası;
- sabitlik – sabit dividend ödənişləri etmək təşəbbüsü.
Dividend ödənişləri etmək qərarının verilməsi qaydaları.
- Dividend ödənişləri, həmçinin dividendlərin məbləği və ödəniş metodu haqqında qərar Səhmdarların Ümumi Yığıncağında qəbul olunur.
- Bütün kateqoriyalı (tipli) səhmlər üzrə dividendlərin verilməsi haqqında qərarın qəbul edilməsi şirkətin hüququdur.
- Dividendlərin ödənilməsi haqqında qərarın qəbul edilməsi və dividendlərin verilmə prosesi müvafiq qanunvericiliyə əsaslanır.